Rusiya prezidenti Vladimir Putin İrana səfərə dəvət olunub, lakin səfərin tarixi hələ razılaşdırılmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
"Həqiqətən də, prezident Putinin İrana rəsmi və ya işgüzar səfər etmək üçün etibarlı dəvəti var. Tarixlər hələ razılaşdırılmayıb", - Rusiya liderinin mətbuat katibi qeyd edib.
O vurğulayıb ki, Kreml İranla "tərəfdaşlıq münasibətlərini" və bütün sahələrdə inkişafını yüksək qiymətləndirir.