UEFA AFFA-nı cərimələdi

18:28 - 13 May 2025 - İDMAN

UEFA AFFA-nı 5000 avro cərimələyib.

Buna qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Litva ilə aprelin 4-də keçirilən oyununun gec başlaması səbəb olub.

Qarşılaşma baş məşqçi Siyasət Əsgərova görə yubanıb. Mütəxəssisə 1 oyunluq şərti cəza verilib və 1 illik sınaq müddəti təyin edilib.

Bundan əlavə, S.Əsgərov qeyri-idman hərəkətinə görə 1 matçlıq diskvalifikasiya edilib. O, növbəti turda Monteneqro ilə matçda cəzasını çəkib.

AFFA-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, UEFA nümayəndəsi sözügedən qarşılaşmadan sonra hər iki kollektivin görüşə gec çıxdığını deyib:

"Lakin neçə dəqiqə gecikməyimiz və cərimə düşəcəyi ilə bağlı bir söz deyilmədi".

Litvanı 2 cavabsız qolla üstəyələn Azərbaycan yığması Monteneqro ilə heç-heçə edib - 1:1. Komanda sonuncu - IV turda, mayın 30-da Litvanı qəbul edəcək.

Xəbər xətti