Hindistan Pakistana zərbələri dayandırıb - Modi

19:17 - 12 May 2025 - DÜNYA

Hindistan hələlik yalnız Pakistana zərbələri dayandırıb və bundan sonra da İslamabadın addımlarından asılı olaraq hərəkət edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Sindoor əməliyyatının başlanmasından sonra xalqa ilk müraciətində deyib.

"Hindistana hücum ediləndə biz layiqli və sarsıdıcı cavab verdik. Hindistana qarşı növbəti terror aktı olarsa, biz sarsıdıcı qisasla cavab verəcəyik. Biz heç bir nüvə şantajına dözməyəcəyik. Şərtlərimizə uyğun hərəkət edəcəyik", - Modi bildirib.

Xəbər xətti