NATO-nun baş katibi Mark Rutte mayın 14-15-də NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə hazırlıq çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün mayın 13-də Türkiyəyə səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, NATO-nun baş katibi Mark Rutte mayın 14-15-də Antalyada keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl mayın 13-də Ankaraya səfər edəcək.