Gəncədəki yanğınla bağlı araşdrıma aparılır

19:15 - 12 May 2025 - Cəmiyyət

Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib

İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır 

Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.

Xəbər xətti