ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gələcəyi təqdirdə mayın 15-də Rusiya və Ukrayna arasında təmasların planlaşdırıldığı İstanbula gedə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
"Biz ümid edirik ki, prezident Putin orada olacaq, sonra isə prezident Tramp orada olacaq. Bu, heyrətamiz görüş olacaq", - Kelloq Fox Business-ə deyib.