Tərtərdə 35 yaşlı qadın qətlə yetirilib, qayınatası tutulub

11:46 - 13 May 2025 - Xəbər

Tərtərin Poladlı kəndində qətl törədilib.

Ucnoqta.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Hafizə Rzayeva yaşadığı evdə bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən H.Rzayevanın qayınatası 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti