Rusiya azərbaycanlı bloqer Hüseyn Həsənovu axtarışa verib.
Ucnoqta.az xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata bloqer Hüseyn Həsənov çirkli pulların yuyulması maddəsi ilə açılan cinayət işi çərçivəsində axtarışa verilib. O, qiyabi həbs edilib və onu 7 ilə qədər həbs gözləyir.
Ona qarşı 174-cü maddənin 4-cü hissəsi - xüsusilə irimiqyaslı pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə cinayət işi açılıb. Material 23 aprel 2025-ci ildə Çertanovski Məhkəməsinə daxil olub, ona baxılıb və qərar qəbul edilib. Bloqqer barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib.
2024-cü ildən Hüseynin özü Rusiyada yaşamır. O, Azərbaycana gedib. 2024-cü ilin iyununda Moskva Federal Vergi Xidməti Qasanova qarşı 145 milyon rubl borcuna görə iddia qaldırıb. Daha sonra onun restoranlar və yeməklərin çatdırılması ilə məşğul olan şirkətlərinin hesabları bloklanıb.