Bella Hadid "Vogue" üçün soyundu - FOTO

00:49 - 15 May 2025 - MAQAZİN

Fələstin-Hollandiya əsilli amerikalı supermodel Bella Hadid “Vogue” jurnalının Britaniya versiyası üçün üstü açıq poza verib. 

Ucnoqta.az xəbər verir ki, müvafiq fotolar nəşrin saytında yerləşdirilib.
28 yaşlı model əli ilə çılpaq sinəsi örtülü halda fotosessiyaya çəkilib. O, həmçinin təsadüfi, həcmli saç düzümü və dumanlı gözlərə sahib olub.
Bundan əlavə, çəkiliş zamanı məşhur büstqaltersiz transparan maksi libas və alt paltarı olmayan metal elementlərdən toxunmuş crop top və yubka geyinib.


Xəbər xətti