Milyonlar qazanan Playboy modeli evsiz qaldı

00:25 - 16 May 2025 - MAQAZİN

Karyerasının zirvəsində milyonlar qazanan britaniyalı supermodel Luiza Qlover evsiz qalıb.

Ucnoqta.az bildirir ki, onun acı hekayəsini The Sun xəbər verir.

Həmçinin Playboy modeli olan və hətta onun naşiri Hugh Hefnerin malikanəsində yaşayan 42 yaşlı model indi iş olmadığı üçün çadırda yaşayır. Məqalənin qəhrəmanının sözlərinə görə, o, 9 min funt sterlinqə çadırdan qayığa keçmək üçün xüsusi platformada ianə toplamağa çalışır.

"Mən bir iş tapmağa çalışıram, amma bu çox çətindir. Mən ev və ya bəzən hətta yemək üçün qənaət etməyə pulum olmadığından maaşdan maaşa qədər yaşayıram" -o,  deyir.

Xəbər xətti