ABŞ və Danimarkanın təlimləri Rusiyanın təhlükəsizliyini təhdid edir - Zaxarova

12:42 - 15 May 2025 - DÜNYA

Moskva Bornholm adasında Danimarka-Amerika hərbi təlimlərini Rusiyanın Baltik regionunda təhlükəsizliyinə təhdid yaradan hərəkətlər kimi qiymətləndirir.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, bu etinasızlıq adada ABŞ-ın iştirakı ilə keçirilən təxribat xarakterli hərbi təlimlərdə də özünü göstərir.

“Biz Danimarka hakimiyyətinin bu cür hərəkətlərini təkcə Bornholmda xarici hərbi fəaliyyətin qarşısının alınması ilə bağlı öz zəmanətlərinə zidd deyil, həm də Rusiyanın Baltik regionunda təhlükəsizliyinə təhdid kimi qiymətləndiririk”.

Xəbər xətti