FHN bayramda gücləndirilmiş rejimində işləyəcək

16:01 - 17 Mart 2017 - Xəbər

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində və bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, FHN mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib. 
Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.

Xəbər xətti