Sərəncam ilə azadlığa buraxılanlar arasında "Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq müavini Mübariz Mədətovun oğlu da var. Ucnoqta.az azxeber.com-a istinadən xəbər verir ki, Xalid Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobili ilə qəza törədib. Qəza nəticəsində tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi dünyasını dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi və cəzasının 3 ilini çəkib.
Qeyd edək ki, bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.