Bakının ən ucuz bazarından – FOTOREPORTAJ

15:10 - 17 Mart 2017 - Xəbər

Oxu.Az-ın əməkdaşı bazardakı qiymətlər ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən təşkil edilən yarmarkada da olub. Əməkdaşımız Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarının ərazisindəki yarmarkaya baş çəkib. Monitorinqlər göstərib ki, bazardakı qiymətlər ilə müqayisədə yarmarkada qiymətlər nisbətən ucuzdur.

Belə ki, yarmarkada mal əti 5-7 manata, qoyun əti 7 manata, quş əti 3,50-3,70 manata satılır.

Qoz, findıq və digər çərəzlərin qiyməti isə 5-18 manat arasında dəyişir:

“Yarmarkada qoz 5-7 manata, qoz ləpəsi 12-18 manata, findıq 5,50-7 manata, fındıq ləpəsi 8-14 manata, iydə 3-4,50 manata, sarı kişmiş 5-10, qara kişmiş 6-14 manata alıcılara təklif edilir”.

Tərəvəzlərdən kartofun qiyməti 70-90 qəpik, soğan 20-30 qəpik, zirə pomidoru 2,50-3,50 manata, xiyar 2-3,50 manata, kök isə 50-80 qəpiyədir.

Bazarda alma, portağal, üzüm, armud və s. qiyməti ilə də maraqlanılıb.

“Müvafiq olaraq alma 50-1 manat, portağal 1,40-2 manat, üzüm 2,50-3,50 manat, armud 1,50-3 manata satılır.

Səməninin qiyməti isə yarmarkada cəmi 1 manatdır.

Qeyd edək ki, Novruz yarmarkaları martın 16-dan başlayıb və ayın 19-a qədər davam edəcək. Bakı şəhəri üzrə 5 ünvanda bu cür yarmarkalar təşkil edilib.

Xəbər xətti