Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün inzibati xəta törədən 8584 nəfər sürücünü cərimələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a idarədən məlumat verilib.
Qurumdan bildirilib ki, yanvarın 5-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 60-ı sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada cəzalandırılıb.