"Crocus City Hall"un yenidən qurulmasına başlanılıb

09:43 - 24 İyul 2025 - DÜNYA

Moskva vilayətində "Crocus City Hall" konsert zalının daxil olduğu Crocus Expo üçüncü pavilyonunun fasadının yenidən qurulmasına başlanılıb.

Ucnoqta.az bildirir ki, bu barədə TASS məlumat verib.

Məlumata görə, artıq ərazidə tikinti briqadaları işləyir, bina hasarlanıb, girişdə zədələnmiş beton konstruksiyaları ekskavator sökür.

Binanın ümumi sahəsi 400 min kvadratmetrdir ki, bunun da 10 minə yaxını yanmış dam örtüyü və çöl hissəsidir.

Tərtibatçının nümayəndələrinin sözlərinə görə, onlar binanı əvvəlki görkəminə qaytarmaq istəyirlər.

Yazda konsert salonu ilə üzbəüz xatirə ucaldılıb. Abidə qara qranitdən hazırlanıb və üzərində uçan durna fiqurları olan iki steldən ibarətdir.

Xəbər xətti