Zelenski ABŞ prezidenti Donald Trampla Ukrayna pilotsuz uçan aparatlarının Vaşinqtona satılması barədə razılığa gəlib
Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski deyib. Zelenski qeyd edir ki, müqavilənin dəyəri 30 milyard dollara çatacaq.
Zelenski həmçinin xatırladıb ki, Ukrayna ABŞ-dan 10 “Patriot” hava hücumundan müdafiə sistemi almaq istəyir ki, onların tədarükü avropalı tərəfdaşlar tərəfindən ödəniləcək.
O, etiraf edib ki, indiyədək yalnız üç belə sistem üzrə razılaşma var.