Su idarəsi əhalini su ilə sınağa çəkir: Su isə belə itkiyə gedir - VİDEO

13:05 - 25 İyul 2025 - Xəbər

Havaların isti keçməsi suya tələbatı artırıb. Həmçinin, Bakının bir sıra rayonlarında su qıtlığı yaranıb. Bəzi ərazilərdə su qrafiklə verilir.

Ucnoqta.az xəbər verir ki, Yeni Günəşlinin “V” yaşayış sahəsi də susuz qalıb. Sosial şəbəkədə yayılan görüntülərə görə, həmin binanın qarşısındakı tikintidə isə su tapılır.

Təəssüf ki, su qıtlığını yarandığı bir dövrdə həmin ərazidə su yola axıdılır. Sakinlərin bildirdiyinə görə, saatlarla su itkiyə gedir.

Sakinlər iddia edir ki, bu göydələni “Azərsu” rəhbərliyi tikir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər xətti