Kreml Putin və Zelenski arasında görüş ehtimalını dəyərləndirib

13:55 - 25 İyul 2025 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin avqustun sonundan əvvəl görüşü çətin ki mümkün olsun.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsinin fikrincə, Rusiya və Ukrayna arasında yüksək səviyyəli görüş nizamlanmaya son qoymalı və əldə olunan bütün razılaşmaları qeydə almalıdır.

 "30 gün ərzində belə mürəkkəb prosesdən keçmək mümkündürmü? Aydındır ki, bu, çətin ki, mümkün deyil. Onda bizim mövqeyimiz burada çox yaxşı məlumdur, bizim mövqeyimiz Ukrayna tərəfinə təhvil verilmiş memorandum layihəsində öz əksini tapıb”, - o əlavə edib və hazırda nizamlanmaya dair memorandum layihələrinin diametral şəkildə ziddiyyət təşkil etdiyini və tərəflərin görəcəkləri çox iş olduğunu qeyd edib.

Xəbər xətti