Almatı vilayətində bu gün EC-145 hərbi helikopteri radardan itib.
Ucnoqta.az xəbər verir ki, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin mətbuat xidməti Zakon.kz bu məlumatı təsdiqləyib:
“Helikopter radardan itib, axtarışlar davam edir”.
Sosial şəbəkələrdə dərc olunan ilkin məlumatlara görə, təyyarədə üç ekipaj üzvü olub.