Bu ilin altı ayı ərzində 18 nəfər mina partlayışından xəsarət alıb

16:07 - 24 İyul 2025 - ÖLKƏ İÇİ

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat (PHS) partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olmuş, onlardan 70 nəfəri həlak olmuş, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Xəbər xətti