Kamçatka diyarında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Telegram kanalında məlumat verilib.
Xidmətin məlumatına görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 161 km aralıda baş verib. Zəlzələnin ocağı 39 km dərinlikdə yerləşib.