Kanada BMT-nin Fələstin dövlətinin tanınmasına çalışacaq

05:23 - 25 İyul 2025 - DÜNYA

Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat verib.

"Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə təminat verən iki dövlət prinsipini dəstəkləyir", - Karni X-də yazıb.

O, Ottavanın BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici işlər nazirlərinin görüşü də daxil olmaqla "bütün təşkilatlarda bu məqsədə nail olmaq üçün fəal çalışacağını" qeyd edib.

Baş nazir əlavə edib ki, Kanada İsrail hökumətinin Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsinin qarşısını ala bilməməsini pisləyir.

Xəbər xətti