Rusiya xüsusi təyinatlıları "Railgo" neft məhsullarının daşınması şirkətində axtarışlar aparır
Ucnoqta.az Rusiya Tq kanallarına istinadən xəbər verir ki, xüsusi təyinatlılar və müstəntiqlər bu gün səhər saatlarında paytaxtın Lujnikidəki ofisinə basqın ediblər. Sənədləri müsadirə edib, işçilərin işdən çıxmasına imkan verməyiblər.
Qeyd edək ki, "Railgo" azərbaycanlı Rəhman Xəlilova məxsusdur. O, neft məhsullarının Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan daşınması ilə məşğuldur.