Yevlaxda qətl: Həmkəndlisini güllələdi

09:05 - 24 İyul 2025 - ÖLKƏ İÇİ

Yevlaxda qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən isə həmkəndlisi 1957-ci il təvəllüdlü Əli Rəsulovdur. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti