İsrail HƏMAS-a güzəştə getməyəcək - Netanyahu

23:43 - 24 İyul 2025 - DÜNYA

İsrail Qəzza zolağında əməliyyat zamanı qarşısına qoyduğu bütün məqsədlərə nail olmaq niyyətindədir və Fələstinin radikal HƏMAS hərəkatına güzəştə getməyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu deyib.

Bu məqsədlər arasında Qəzzada saxlanılan israilli girovların geri qaytarılması və anklavda Həmas hərbi-siyasi strukturunun ləğvi də var.

"Əgər HƏMAS bizim razılığa gəlməyə hazır olduğumuzu zəiflik, İsraili riskə atacaq təslim olma şərtlərini bizə diktə etmək fürsəti kimi qəbul edirsə, onlar dərindən yanılırlar. Biz müharibənin bütün məqsədlərinə çatmaqda qərarlıyıq", - hökumət başçısı vurğulayıb.

Xəbər xətti