Nigeriya ordusu ölkənin şimalında müxtəlif terror qruplaşmalarının azı 60 silahlısını zərərsizləşdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Post” qəzeti Nigeriya Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatlarına istinadən məlumat yayıb.
Ölkənin birliyi və quru qoşunları Borno əyalətinin Bita bölgəsində genişmiqyaslı "Hadin Kay" (hausa dilindən tərcümədə - "Birlik") antiterror əməliyyatı keçirir.
Ordu hissələrinin hərəkətləri nəticəsində qanunsuz silahlı birləşmələrin azı 60 üzvü məhv edilib.