Bakıda tozlu hava - daha iki gün ...

12:37 - 30 May 2025 - Cəmiyyət

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır. 

Hhavada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Xəbər xətti