Səudiyyə Ərəbistanı İranı ABŞ-ın nüvə sazişi təklifini qəbul etməyə çağırıb

21:45 - 30 May 2025 - DÜNYA

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səud İranı ABŞ-ın nüvə sazişi təklifini qəbul etməyə çağırıb, əks halda İsrailin mümkün hücumu riski ilə üzləşəcəyini deyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, ötən ay Səudiyyə Ərəbistanının müdafiə naziri İslam Respublikasına səfəri zamanı bir qrup yüksək rütbəli İran rəsmisi ilə söhbətində deyib ki, ABŞ prezidenti Donald Trampın komandası tez bir zamanda razılığa gəlmək istəyir və diplomatiya pəncərəsi tez bağlanacaq.

Xalid bin Salman Əl Səud qeyd edib ki, İsrailin hücumu ehtimalı ilə üzləşməkdənsə, saziş bağlamaq daha yaxşıdır.

Xəbər xətti