ABŞ Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın administrasiyasına Venesuela, Haiti, Kuba və Nikaraquadan olan 500 mindən çox immiqrantın ABŞ-da qanuni yaşamalarına icazə verən hüquqi statusdan imtina etməyə icazə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.
Vurğulanır ki, Ali Məhkəmə icra hakimiyyətinin ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyasının başlatdığı müvafiq proqramın ləğvi ilə bağlı vəsatətini təmin edib.