Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində "Ford" markalı yük avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.