Goranboyda qardaş bacısının boğazını kəsdi

07:57 - 31 May 2025 - ÖLKƏ İÇİ

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Belə ki kənd sakini 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə G. Nəcəfovanı aralarında baş verən mübahisə zamanı qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfov bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti