Rusiya Belarusa yeni Mi-35M helikopterləri verdi

14:00 - 30 May 2025 - DÜNYA

Rusiyadan Belarusa yeni Mi-35M nəqliyyat və hücum helikopterləri gəlib və onlar tezliklə döyüş növbəsinə keçəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

Baş Qərargah rəisi - Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının birinci müavini Sergey Frolovun verdiyi məlumata görə, texnikalar tezliklə döyüş növbəsinə keçəcək.

"Mi-35 helikopteri Mi-24 helikopterinin dərin modernləşdirilməsidir. Bu gün bu helikopter bütün döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Bu helikopter tezliklə döyüş növbətçiliyinə çıxacaq", - bildirilir.

Xəbər xətti