Xəstəxanada ölən DİN ancamblının artisti döyülərək zorlanıbmış - FOTO

11:05 - 30 May 2025 - HADİSƏ

Rusiya Daxili İşlər Nazirliyinin “Mahnı və rəqs – Qornitsa” ansamblının artisti Moskvada döyülərək zorlandıqdan sonra dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu abrədə “Baza” teleqram kanalı məlumat yayıb. Məlumata görə, mayın 19-da səhər saatlarında rəfiqəsinin mənzilindən xəstəxanaya yerləşdirilən 38 yaşlı Mariya ona qabırğa sınığı, beyin şişi və döş qəfəsinin travması diaqnozu qoyulub.

Qadın həkimlərə bildirib ki, mayın 16-da axşam saatlarında Şerbinkadakı mənzilində döyülüb və zorlanıb. Lakin o, xəstəxanaya gedib ərizə yazmaq əvəzinə rəfiqəsinin yanına gedib. 19-da qadın işə getməli idi, lakin vəziyyəti daha da pisləşib. Rəfiqəsi təcili yardım çağırıb.

Xəstəxanaya yerləşdirildikdən iki gün sonra Mariya qabırğa sınığından ölüb.


Xəbər xətti