Rutte Zelenskiyə Trampla münasibətləri bərpa etməyi deyib

20:50 - 1 Mart 2025 - DÜNYA

 NATO-nun baş katibi Mark Rutte Vladimir Zelenskini ABŞ prezidenti Donald Trampla münasibətləri bərpa etməyə çağırıb və onların mübahisəsini “təəssüf verici” adlandırıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində bildirib.
"Mən Zelenskiyə dedim ki, o, Donald Tramp və Amerika administrasiyası ilə münasibətləri bərpa etmək üçün bir yol tapmalıdır" deyən Rutte, Oval kabinetdəki qızğın söhbətdən sonra Zelenski ilə artıq iki dəfə danışdığını izah etdi. NATO-nun baş katibi Zelenskinin ona nə cavab verdiyini açıqlamayıb.

Rutte Ağ Evdəki insidentin özünü "təəssüf doğuran" adlandırıb.
 "Mən dedim ki, biz birlikdə olmalıyıq: ABŞ, Ukrayna, Avropa ki, Ukrayna uzunmüddətli sülhə nail ola bilsin", - NATO-nun baş katibi Trampı dost adlandırıb.

“Mən ona açıq şəkildə dedim ki, biz prezident Trampın indiyə qədər Ukrayna üçün etdiklərinə hörmət etməliyik” deyən Rutte, ABŞ-ın dəstəyi olmadan Ukraynanın indi “heç bir yerdə” olmayacağını və buna cavab verə bilməyəcəyini vurğulayıb.
Xüsusilə, NATO rəhbəri ABŞ-ın Kiyevə “Javelin” tank əleyhinə raket komplekslərinin (ATGM) çatdırılmasını xüsusi qeyd edib.

Xəbər xətti