27 yaşlı qadın dəm qazından zəhərləndi

22:36 - 1 Mart 2025 - ÖLKƏ İÇİ

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü D. Qafarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, o yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Xəbər xətti