.Terrorçuların lideri Abdullah Öcalanın PKK-nın silahı yerə qoyması və təşkilatın ləğvi çağırışından sonra PKK İcraiyyə Komitəsi açıqlama verib.
Ucnoqta.az Türkiyə mətbuatıına istinadən xəbər verir ki, PKK İcraiyyə Komitəsi Abdullah Öcalanın çağırışı ilə razılaşdıqlarını və çağırışın tələblərinə əməl edəcəklərini açıqlayıb.
“PKK olaraq çağırışın məzmunu ilə olduğu kimi razıyıq və çağırışın tələblərinə öz tərəfimizdən əməl edəcəyimizi və həyata keçirəcəyimizi bildiririk. Biz atəşkəs rejiminin bu gündən qüvvəyə mindiyini elan edirik”, - açıqlamada bildirilir.
Həmçinin, PKK açıqlamasında təşkilatın ləğvi üçün qurultay çağırmağa hazır olduqlarını bildirib.