Avstraliya Ehtiyat Bankı (RBA) 2020-ci ilin noyabr ayından bəri ilk dəfə faiz dərəcəsini aşağı salıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə tənzimləyicinin kollegiya iclasının yekunlarına dair bəyanatında deyilir.
Bildirilir ki, RBA İdarə Heyəti etalon faiz dərəcəsini 4,10%-ə endirmək qərarına gəlib.
Mətndə qərarın əsas səbəbi kimi ölkədə inflyasiyanın səviyyəsinin 3,2%-ə enməsi göstərilib ki, bu da bu rəqəmi 2%-3% hədəf diapazonuna yaxınlaşdırır.