ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ hərbçiləri həftə sonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə bazar ertəsi Truth Social-da yazıb.
“Bu həftə sonu ABŞ qüvvələri Əl-Qaidənin Suriyadakı qoluna dəqiq hava zərbəsi endirib.
Terrorçu lider bütün bölgədə Əl-Qaidə ilə əlaqədə olub”, - o yazıb.
Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.