DSMF-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanılmasına nəzarət gücləndirilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən,işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliləri nəticəsində peşə əmək qabiliyyətinin ititrilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-2-ci maddəsinə əsasən, bu növ üzrə sığorta müqavilələri bağlamayan fiziki şəxslər 500 manat, hüquqi şəxslər-5000 manat, vəzifəli şəxslər isə 1500 manat məbləğındə cərimə olunurlar.
Bu növ üzrə sığorta müqaviləsi bağlamayan, həmçinin, müqavilə bağlayıb, dəyişiklikləri göndərməyən hüquqi və fiziki şəxslərə DSMF-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimələr tətbiq olunur.