Kvota dolana qədər Həcc ziyarəti üçün sənəd qəbulu davam edəcək.
Ucnoqta.az apa-ya istinadla xəbər verir ki, bunu QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangirideyib.
O bildirib ki, kvotanın dəqiq sayı dəqiq təyin edilməyib: "Keçən ilə nəzərən bu il kvota az nəzərdə tutulub. Ona görə vətəndaşlardan xahiş edirik ki, gecikməsinlər. Artıq kvotanın, təxminən, yarıdan çoxu dolub”.