Rusiya regionları üzərində 90 PUA vuruldu

08:17 - 17 Fevral 2025 - DÜNYA

Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə 90 Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Azov dənizinin suları üzərində 38, Krasnodar diyarı üzərində 24, Krım üzərində 15, Qara dəniz üzərində 7 PUA vurulub. Daha iki pilotsuz uçuş aparatı Kursk və Rostov vilayətləri üzərində, hər biri isə Bryansk və Belqorod vilayətləri üzərində vurulub.

"Neptun-MD" idarə olunan raketi də Azov dənizinin suları üzərində məhv edilib.

Xəbər xətti