Zelenski ABŞ və Rusiya arasında məsləhətləşmələrdə iştirak etməyəcəklər

07:40 - 17 Fevral 2025 - DÜNYA

Prezident Volodimir Zelenski və onun aparat rəhbəri Andrey Yermak Ukrayna böhranının həlli ilə bağlı ABŞ-Rusiya məsləhətləşmələrində iştirak etməyi planlaşdırmırlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Washington Post (WP) öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Tramp administrasiyasının münaqişəyə son qoymağa yanaşması ABŞ-Ukrayna münasibətlərində gərginliyin artmasına səbəb olub.

WP qeyd edir ki, böhran başlayandan bəri ABŞ Ukraynanı on milyardlarla dollar dəyərində silahla təmin edib, lakin vəzifəyə gəldikdən sonra prezident Donald Tramp bildirib ki, Vaşinqton artıq Kiyev qarşısında açıq hərbi öhdəlikləri öhdəsinə götürə bilməz.

Xəbər xətti