Xəzər dənizinin suyunun Qazaxıstan hissəsində qırmızı rəngə boyanması ilə bağlı görüntülər yayılıb.
Ucnoqta.az xəbər verir ki, insident Aktau çimərliklərindən birində qeydə alınıb.
Ekoloqlar dəniz suyundan nümunələr götürərək kimyəvi maddələrin və neft məhsullarının olub-olmadığını yoxlayıblar.
Məlum oldu ki, heç bir təhlükə yoxdur, buna səbəb suyu qırmızı rəngə boyayan yosunların yığılmasıdır.