Cənubi Koreya hakimiyyəti Çinin süni intellektli DeepSeek chatbotunun öz ölkələrində istifadəsini müvəqqəti olaraq əngəlləmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fərdi Məlumatların Mühafizəsi üzrə Dövlət Komissiyası məlumat yayıb.
Qərarda vurğulanır ki, bloklama "DeepSeek"in əməliyyatlarında Cənubi Koreya qanunlarına uyğun olaraq dəyişikliklər edildikdən sonra aradan qaldırılacaq.
Komissiya qeyd edir ki, Cənubi Koreya hakimiyyəti yanvar ayında Çin tərəfinə rəsmi sorğu göndərərək, chatbotun fəaliyyətinin xüsusiyyətləri, o cümlədən şəxsi məlumatların toplanması ilə bağlı məsələlərə aydınlıq gətirilməsini tələb edib.