Ağ Ev səhiyyə departamentinin minlərlə əməkdaşını işdən çıxarmaq əmri üzərində işləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazır.
Mənbələrin bildirdiyinə görə, Qida və Dərman İdarəsi (FDA), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və digər səhiyyə agentlikləri işçilərinin müəyyən faizini ixtisar etməlidirlər.