Regional İdarənin müdiri Qəbələdə müəllimlərlə görüşüb - Foto

18:30 - 6 Fevral 2025 - ÖLKƏ İÇİ

Fevralın 6-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Qəbələ rayonuna səfəri çərçivəsində "Cerebry" layihəsinin tətbiq olunduğu məktəblərin müəllimləri ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, görüşdə Günay Mahmudova ilə yanaşı, idarənin müdir müavini Bəhruz Nəbili, Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, sektorun əməkdaşları və müəllimlər iştirak ediblər. 

İclasda layihənin tədris prosesinə inteqrasiyası, onun şagirdlərin bilik və bacarıqlarına təsiri, eləcə də müasir pedaqoji yanaşmalarda rolu müzakirə olunub.
İdarə müdiri innovativ texnologiyaların təhsildə tətbiqinin əhəmiyyətini vurğulayaraq, müəllimlərin yeni metodikaya uyğunlaşmasının vacibliyini qeyd edib. G.Mahmudova müəllimlərin layihə ilə bağlı təcrübə və təkliflərini dinləyib, onların rəyini nəzərə almağın vacibliyini bildirib.

Qeyd edək ki, "Cerebry" dünyanın ilk süni intellektlə idarə olunan adaptiv təcrübə platformasıdır. Layihə çərçivəsində şagirdlər riyaziyyat və təbiət elmləri fənlərində kompetensiyaya əsaslanan tapşırıqlar üzərində çalışaraq biliklərini daha səmərəli və məqsədyönlü şəkildə inkişaf etdirirlər.


Xəbər xətti