Ağdamda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb.
Ucnoqta.az xəbər verir ki, hadisə işğaldan azad edilmiş Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda baş verib. Qəza nəticəsində ikisi qadın olmaqla, üç nəfər xəsarət alıb.
Yaralılar dərhal Xankəndi şəhər xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.