İranın İsfahan şəhərində yeni yeraltı dəmir yolu xəttinin tikintisi zamanı metro tunelinin qismən çökməsi baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə bu barədə İsfahan əyalətinin fövqəladə hallar idarəsinin rəhbəri Mənsur Şişeforuş İRNA-ya məlumat verib.
Onun sözlərinə görə, çökmə yerinə dərhal 3 təcili tibbi yardım qrupu göndərilib, şəhər sakinləri üçün mümkün təhlükənin qarşısını almaq üçün marşrutlar və hərəkət qrafikləri vaxtında uyğunlaşdırılıb.
Bildirilir ki, insident nəticəsində heç kim xəsarət almayıb.