Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.
Ucnoqta.az lent.az-a istinadla xəbər verir ki, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib.
Qərara əsasən, Sevinc Heydərovanın platik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub. Onunla bərabər 10-a yaxın plastik cərraha qadağa qoyulub.
Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib.
"İnternational Medical Centre"dən də saytımıza bu barədə açıqlama verilməyib.